
“Cənubi Qafqaza gəldikdə isə... Təbii ki, bu, bizim ortaq qonşuluğumuzdur. Türkiyə, Azərbaycanla birlikdə, 3+3 formatının (Azərbaycan, Ermənistan, Gürcüstan və onun üç əsas qonşusu: Rusiya, Türkiyə və İran) əsas qabaqcıllarından biri olub”.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türk mediasına müsahibəsində deyib.
Lavrov bildirib ki, artıq nazirlər səviyyəsində iki görüş keçirilib. “İndi isə üçüncü görüş hazırlanır. Gürcüstanlı qonşularımız hazırda iştirak etməkdən çəkinirlər, amma biz həmişə qapının onlar üçün açıq olduğunu vurğulayırıq”, - o qeyd edib.




























