Miqrantlar Rusiyadan QAÇIR - SƏBƏB AÇIQLANDI
Tarix: 29-01-2026, 14:22
/
Baxış: 1 395
Rusiyada yaşayan xarici vətəndaşların sayı 10% azalaraq 5,7 milyon nəfər təşkil edib.
“Vedomosti” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə analitik şöbəsinin müdiri Aleksandr Perejoqin “Rusiya Federasiyasının Yeni Miqrasiya Siyasəti” konfransında bildirib.
Qeyd edək ki, keçən ilin yanvar ayında Rusiyada təxminən 6,3 milyon xarici vətəndaş yaşayırdı. 2025-ci il üçün rəsmi nəticələrin fevral ayında açıqlanması planlaşdırılır.
Perejoqinin sözlərinə görə, azalmanın əsas səbəbi yetkinlik yaşına çatmayan xarici vətəndaşların sayının təxminən 25% azalması olub.
Moskva Vəkillər Kollegiyasının rəhbəri Anna Minuşkina qeyd edib ki, miqrasiya qanunlarının sərtləşdirilməsi də bu prosesdə mühüm rol oynayıb. Onun sözlərinə görə, əvvəllər miqrasiya qaydalarını pozan şəxslər polis yoxlamasına qədər ölkədə qala bilirdilər. İndi isə belə şəxslər dərhal “Nəzarət altındakı şəxslər reyestrinə” daxil edilir.
Ekspert vurğulayıb ki, yeni qaydalar qüvvəyə minməzdən əvvəl miqrantlar bank hesablarından istifadə edə, evlənə və bununla da Rusiyada qalma statusunu leqal yolla əldə edə bilirdilər. Yeni deportasiya qanununun tətbiqi ilə xarici vətəndaşlar artıq maliyyə vəsaitlərinə sahib ola bilmir və bir sıra hallarda ölkəni tərk etmək məcburiyyətində qalırlar, hətta geri qayıtmaq imkanları da məhdudlaşır.
Digər xəbərlər
Xəbər lenti
16:00
19-11-2026
19-11-2026
15:46
19-11-2026
19-11-2026
15:17
19-11-2026
19-11-2026
15:16
19-11-2026
19-11-2026
15:00
19-11-2026
19-11-2026
14:22
19-11-2026
19-11-2026
14:00
19-11-2026
19-11-2026
12:39
19-11-2026
19-11-2026
12:14
19-11-2026
19-11-2026
11:39
19-11-2026
19-11-2026
11:30
19-11-2026
19-11-2026
11:27
19-11-2026
19-11-2026
11:23
19-11-2026
19-11-2026
11:19
19-11-2026
19-11-2026
11:02
19-11-2026
19-11-2026
10:04
19-11-2026
19-11-2026
10:00
19-11-2026
19-11-2026
09:57
19-11-2026
19-11-2026
09:44
19-11-2026
19-11-2026
09:00
19-11-2026
19-11-2026
22:11
18-11-2026
18-11-2026
21:48
18-11-2026
18-11-2026
21:18
18-11-2026
18-11-2026
20:43
18-11-2026
18-11-2026
20:33
18-11-2026
18-11-2026
Ən çox baxılanlar
Sahibkarlıq
Tərəvəzçilikdə Mövsümi Risklərin İdarə Olunması
19-11-2026 15:46
/
1 278
Fermerlər Üçün Gəlirli Məhsul Çeşidləri
19-11-2026 15:17
/
1 035
Torpağın Məhsuldarlığını Azaldan Gizli Faktorlar
19-11-2026 15:00
/
1 278
Aqrar Məhsulların Dəyərini Artıran Emal Prosesi
18-11-2026 22:11
/
1 251
Kənd Təsərrüfatında Rəqabət Üstünlüyü Yaradan Addımlar
18-11-2026 21:48
/
1 305
Meyvə İstehsalında Beynəlxalq Standartlara Aparan Yol
18-11-2026 21:18
/
1 026








































