Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

SEPAH: İsraillə əlaqəli silahlı qruplar zərərsizləşdirilib

Baxış: 45
SEPAH: İsraillə əlaqəli silahlı qruplar zərərsizləşdirilib


SEPAH quru qüvvələri ölkənin cənub-şərqində, Pakistanla sərhəd yaxınlığında, Sistan və Bəlucistan əyalətində İsraillə əlaqəli bir neçə silahlı qrupu zərərsizləşdirərərk onlardan ABŞ istehsalı olan hərbi silahlar ələ keçirib.

Bu barədə  “Press TV” məlumat yayıb.

SEPAH xəbər saytının məlumatına görə, İsraillə əlaqəli terrorçular İranın şərq sərhədləri vasitəsilə ölkəyə soxularaq Zahedan əyalətinin paytaxtında yeddi fərqli sığınacağa sığınıblar.
İran mediasının verdiyi məlumata görə, İsraillə əlaqəli yaraqlılar xaricdə geniş təlim keçib və İran daxilində təxribat və terror aktları törətməyi planlaşdırıblar.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.