Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

İran 70 saatdan çoxdur internetsiz qalıb

Baxış: 27
İran 70 saatdan çoxdur internetsiz qalıb


Tehran 70 saatdan çoxdur ki, internetsiz qalıb.

 İran paytaxtında mobil telefon xidməti gündüzlər fasilələrlə, gecələr isə tamamilə kəsilir. SMS mesajlaşma da deaktiv edilib.
Yanvarın 12-də ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton, Starlink mobil terminalları vasitəsilə də daxil olmaqla, İran sakinlərinin internetə çıxışını bərpa etmək üçün addımlar ata bilər. 

Tramp deyib ki, məsləni İlon Maskla müzakirə edə bilər.

Qeyd edək ki, yanvarın 8-dən etibarən  İranda internet kəsilib. Bəzi ərazilərdə telefon xidməti də məhdudlaşdırılıb. Bunun hökumətin etirazçılara qarşı həyata keçirdiyi tədbirlərin bir hissəsi olduğu düşünülür. Əsas milli media qurumlarının veb saytları müvəqqəti olaraq əlçatan deyil.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.