Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Avropa ABŞ ilə ticarət sazişini dondurur?

Baxış: 72
Avropa ABŞ ilə ticarət sazişini dondurur?


Avropa Parlamentinin üzvləri Vaşinqtonun şərtlərinə əməl etməməsi səbəbindən ABŞ ilə yeni ticarət müqaviləsinin ratifikasiyasının dayandırılması ehtimalını müzakirə edirlər.

"Bu barədə "Politico" qəzeti Avropa Parlamentinin (AP) Beynəlxalq Ticarət Komitəsinin rəhbəri Bernd Langeyə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, 2025-ci ilin iyul ayında müqavilənin imzalanmasından cəmi üç həftə sonra ABŞ birtərəfli qaydada polad və alüminium üçün tarifləri 15%-dən 20%-ə qaldırıb. Bu, tariflərin müzakirə olunmalı və tədricən azaldılmalı olduğunu nəzərdə tutan müqavilənin ruhuna ziddir.

"Bu düzəldilənə qədər ABŞ-ın bütün sənaye və kənd təsərrüfatı məhsullarına sıfır tariflərlə razılaşmaq üçün heç bir səbəb görmürəm", - Lange bildirib.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ Prezidenti Donald Tramp arasında 2025-ci ilin iyul ayında bağlanmış müqaviləyə əsasən, ABŞ-a ixrac edilən demək olar ki, bütün Aİ məhsullarına 15% tarif tətbiq edilmişdir . Bunun müqabilində Aİ 750 milyard dollar dəyərində ABŞ enerji məhsulları almağı və ABŞ iqtisadiyyatına 600 milyard dollar investisiya qoymağı öhdəsinə götürmüşdür.(Publika.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.