Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

ŞOK! Xamenei Moskvaya qaçmağı planlaşdırır

Baxış: 135


İranın ali dini lideri Əli Xamenei vəziyyət kəskinləşəcəyi təqdirdə Tehrandan ölkəni tərk etməyə hazırdır.

Bu barədə The Times qəzetinin kəşfiyyat hesabatına istinadən yaydığı məlumatda bildirilir.

Bildirilir ki, o, təxminən 20 nəfərlik qrupla — ailə üzvləri və ən yaxın köməkçiləri ilə birlikdə ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirməkdən imtina etdiyini hiss edərsə, paytaxtı tərk edəcək.

İsrail kəşfiyyatının sabiq əməkdaşı Beni Sabtinin sözlərinə görə, Xameneinin qaçış üçün əsas istiqaməti Moskva hesab olunur. Sabti qeyd edir ki, “onun faktiki olaraq başqa çıxış yolu yoxdur”.

The Times yazır ki, bu qaçış planı 2024-cü ilin dekabrında devrilmiş Suriya lideri Bəşər Əsədin ölkədən qaçması təcrübəsi əsasında hazırlanıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.