Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyalı məşhur general öldürülüb? - İddia

Baxış: 72
Rusiyalı məşhur general öldürülüb? - İddia


“Rusiya hərbi kəşfiyyatının (QRU) xarici əməliyyatlar üzrə rəhbəri, general-mayor Andrey Averyanov öldürülüb”.
Bu iddia ilə rusiyalı müxalif jurnalist Aleksandr Nevzorov çıxış edib.
Onun sözlərinə görə, general Ukrayna ordusu tərəfindən həyata keçirilən hücum nəticəsində həyatını itirib:
“Hadisə zamanı təyyarədə generalın bir neçə müavini də olub və onlar da həlak olublar. Averyanov birbaşa Putinin göstərişləri ilə hərəkət edərək Avropa İttifaqı ölkələrində gizli sövdələşmələr, casusluq şəbəkələrinin idarə olunması, təxribat və partlayışların təşkilinə görə məsuliyyət daşıyırdı”.
Bundan əlavə, iddialar arasında Averyanovun “Vaqner” rəhbəri Yevgeni Priqojinin təyyarəsinin bombalanmasında və Böyük Britaniyadakı məşhur “Skripal işi”ndə (Noviçok zəhərlənməsi) bilavasitə iştirak etdiyi də yer alır.
Qeyd edək ki, rəsmi Moskva hələlik sözügedən iddialarla bağlı hər hansı açıqlama verməyib.(Qafqazinfo)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.