Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Çində BYD hibridləri geri çağırılır - Detallar

Baxış: 270
Çində BYD hibridləri geri çağırılır - Detallar


Çin konserni BYD yerli bazardan 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına qədər istehsal edilmiş 89 min ədəd "Qin Plus DM"i hibrid modelini geri çağıracaq.
Sahibkartv.az xəbər verir ki, bu barədə carnewschina.com məlumat yayıb.
Bildirilir ki, bəzi avtomobillərdə batareya modullarının yığılmasında qüsur ola bilər. Bu, çıxış gücünün məhdudlaşmasına səbəb olur və ekstremal rejimlərdə avtomobilin tam elektrik rejimində hərəkəti dayandırmasına gətirib çıxara bilər ki, bu da təhlükəsizlik riski yaradır.
Rəsmi dilerlər geri çağırılan "Qin Plus DM"i sahiblərinə proqram təminatının yenilənməsinin zəruriliyi barədə məlumat verəcəklər. Bütün işlər ödənişsiz həyata keçiriləcək.
"Qin Plus DM"i modelinin uzunluğu 4780 mm-dir. Hibrid versiya 99 a.g. gücündə 1.5 litr benzin mühərriki və 161 a.g. gücündə elektromotorla təchiz olunur. Tam elektrik rejimində avtomobil 90 km-ə qədər məsafə qət edə bilir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.