
Son aylar ölkəmizdə də məşhur olan “Labubu” oyuncağının yaradıcısı və sahibi dünyanın ən varlı 10 nəfəri arasında yer alıb. Bu şöhrət onun yeganə rəsmi satıcısı olan Çin pərakəndə satış şirkəti “Pop Mart”ın rəhbərini zəngin edib. Ötən ilin sonunda sərvəti 7.64 milyard dollar olaraq qiymətləndirilən Van Min sərvətinə sərvət qatıb.
Sahibkartv.az xəbər verir ki, növbəti səkkiz ay ərzində, “Bloomberg”in hesablamalarına görə, onun sərvəti demək olar ki, 3.5 dəfə artıb və hazırda 26.5 milyard dollar təşkil edir.
İlin əvvəlindən sərvətinin artım tempinə görə Van Min Larri Peyc, Uorren Baffet və Ceff Bezosu qabaqlayaraq dünyanın ən zəngin adamları onluğuna daxil olub. Sərvət baxımından çinli sahibkar reytinqdə beşinci yerə yüksəlib və indi, məsələn, Vahid Ələkbərov və Piter Tili qabaqlayır.
“Pop Mart” səhmləri ilin əvvəlindən bəri 250%-dən çox artıb. Şirkətin gəliri ilin birinci yarısında üç dəfə artaraq 13.9 milyard yuana (1.9 milyard dollar) çatıb. Bunun 4.8 milyardı yalnız “Labubu”dan gəlib.



































