Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada miqrantlar yeni rüsumlar ödəyəcək

Baxış: 146




Bu gündən Rusiyada miqrasiya qeydiyyatı və iş icazəsi ilə bağlı rüsumlar tətbiq edilib.

Sahibkartv.az xəbər verir ki, Rusiyanın Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edilib və dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minib.
Beləliklə, miqrasiya nəzarətini gücləndirmək üçün bir sıra əlavə rüsumlar, o cümlədən xarici vətəndaşa və ya vətəndaşlığı olmayan şəxsə patentin verilməsi və ya yenidən rəsmiləşdirilməsi üçün – 4 200 rubl, iş icazəsinin müddətinin uzadılması üçün – 4 200 rubl tətbiq edilir.
Həmçinin iş icazəsinin dublikatının verilməsi, miqrantın və ya vətəndaşlığı olmayan şəxsin iş icazəsində, yaxud patentin dublikatında olan məlumatlara dəyişiklik edilməsinə görə də rüsum tətbiq olunub. Onun məbləği 2 100 rubl təşkil edir.
Bundan əlavə, xarici işçilərin cəlb edilməsi və istifadəsi üçün icazələrin dublikatlarının verilməsi, habelə onlara dəyişiklik edilməsi üçün 2 100 rubl, xarici vətəndaşın Rusiyada müvəqqəti qalma müddətinin uzadılması üçün – 1 000 rubl və yaşayış yerində qeydiyyata alınması üçün - 500 rubl dövlət rüsumu tətbiq edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.