Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada böhran böyüyür: 17 müəssisə fəaliyyətini dayandırdı

Baxış: 137
Rusiyada böhran böyüyür: 17 müəssisə fəaliyyətini dayandırdı


Rusiyanın Kemerovo vilayətində kömür sənayesindəki böhran səbəbindən artıq 17 müəssisənin fəaliyyəti dayandırılıb.

 “İnterfaks” məlumatına görə, bunu mətbuat konfransında regionun qubernatoru İlya Seredyuk söyləyib.

“Qərb sanksiyaları və dünya qiymətlərinin enməsi səbəbindən kömür sənayesi hazırda çətinliklər yaşayır. Bağlanan müəssisələrə gəlincə, hazırda onların sayı 17-dir və hamısı birdəfəlik bağlanmayıb”, – deyə Seredyuk bildirib, amma konkret hansı müəssisələrdən söhbət getdiyini açıqlamayıb.

Onun sözlərinə görə, bağlanmış müəssisələrin yarısı konservasiya edilib, işçilər isə holdinqlərin tərkibindəki digər müəssisələrə yönləndirilib: “Bizim bir neçə müəssisəyə nəzarət edən iri holdinqlərimiz var və işçilər həmin müəssisələrə yerləşdirilib”.

Qubernator xatırladıb ki, regionda ümumilikdə 151 kömür hasilatı və emalı müəssisəsi fəaliyyət göstərir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.