Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Tramp: Tehranla birbaşa danışıqlar başlayıb, amma...

Baxış: 201
Tramp: Tehranla birbaşa danışıqlar başlayıb, amma...


Hazırda Vaşinqtonla Tehran arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar gedir.

Bunu İranın nüvə proqramı prezidenti Donald Tramp deyib.

İranın nüvə silahına sahib ola bilməyəcəyinə diqqət çəkən Tramp bildirib ki, hazırda bu məsələ ilə bağlı Tehranla birbaşa danışıqlar aparır.

"Onlar artıq başlayıblar, şənbə günü də davam edəcəklər. Bizim çox böyük görüşümüz var və nə baş verə biləcəyini görəcəyik. Məncə, hamı razılaşır ki, razılaşma görünəndən daha yaxşı olacaq. Açıq-aydın mənim iştirak etmək istədiyim bir şey deyil və  düzünü desəm, İsrail də iştirak etmək istəmir. Amma bu, çox təhlükəli əraziyə çevrilir. Ümid edirəm ki, bu danışıqlar İranın xeyrinə olarsa, uğurlu olar", - Tramp İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında deyib.

Trampın sözlərinə görə, hazırda elə nüvə ölkələri var ki, onların belə silahları olmamalıdır.

"Ancaq əminəm ki, biz bunu sonradan müzakirə edə bilərik. Amma İran nüvə silahına malik ola bilməz. Əgər danışıqlar uğurlu olmasa, düşünürəm ki, bu, İran üçün çox pis olacaq", - Tramp bildirib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.