Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Rusiyada son 14 ilin ən böyük hərbi səfərbərliyi

Baxış: 217
Rusiyada son 14 ilin ən böyük hərbi səfərbərliyi


Rusiyada hərbi xidmətə yaz çağırışı müddətində 160 min yeni çağırışçının hərbi xidmətə cəlb olunması planlaşdırlır ki, bu da 2011-ci ilin payızından bəri ən yüksək göstəricidir.

Bu müddət aprelin 1-dən iyulun 15-dək davam edəcək.

Rusiya mediasının yazdığına görə, 2008-ci ildə xidmət müddəti 12 aya endiriləndə çağırışçıların sayı xeyli artıb. Belə ki,  2009-cu ilin yazında 305,6 min nəfərin orduya çağırılıb və bu ən pik pik hədd hesab olunur. Sonrakı illərdə çağırışçıların sayı getdikcə azalıb. 

Rusiyanın bütün müasir tarixində ən az çağırışçı sayı 2022-ci ilin payızında hərbi xidmətə çağırılıb. O zaman  çağırışçıların sayı 120 min nəfər təşkil edib. 2025-ci ilin yaz çağırışı zamanı hərbi xidmətə çağırılanların sayı isə son 14 ildə ən yüksək çağırışçı həddi olacaq. Çağırışçıların sayındakı bu artım Rusiya Prezidenti Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin mərhələli şəkildə artırılması haqqında fərmanlarının icrası ilə bağlıdır. Əgər 2022-ci ilin əvvəlində Rusiyada 1 milyona yaxın hərbi qulluqçu var idisə, artıq bu rəqəmin 1,5 milyona çatdırılması planlaşdırılır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.