Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova

Baxış: 172
III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova


Üç ildir davam edən Rus-Ukrayna müharibəsi yeni bir mərhələyə qədəm qoyub. Ukraynanın ABŞ və Böyük Britaniyaya məxsus raketlərlə Rusiyanı vurması ilə bölgədə gərginlik daha da artıb. Rusiya isə bu hücumlara qitələrarası ballistik raketlər ataraq cavab verib. Hadisələrin gedişi hər ötən dəqiqə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirir.

Milli.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi mətbuat konfransında NATO və ABŞ-nin son on ildə Rusiyanın təhlükəsizlik narahatlıqlarını nəzərə almadan hərbi infrastruktur layihələri həyata keçirdiyini qeyd edib.

Zaxarova bildirib ki, belə bir şəraitdə Rusiya əks tədbirlər görüb və bu tədbirlər çərçivəsində Polşada yerləşən NATO-nun raketdən müdafiə bazası potensial hədəf olaraq müəyyən edilib. O, bu hərbi bazanın "gərəkli olduğu təqdirdə müasir silahlarla zərərsizləşdirilə biləcəyini" vurğulayıb.

Eyni zamanda, Zaxarova Polşa bazasının qurulmasını NATO-nun hərbi infrastrukturunu Rusiyanın sərhədlərinə daha da yaxınlaşdırmağa yönəlmiş "təxribat xarakterli və sabitliyi pozan addım" kimi dəyərləndirib. O, bu addımın strateji sabitliyə zərbə vurduğunu və nüvə risklərini artırdığını bildirib.

Bölgədəki bu artan gərginlik beynəlxalq səviyyədə narahatlıqlara səbəb olmaqla yanaşı, münaqişənin daha geniş miqyas alacağı ilə bağlı narahatlıqları da artırır. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.