Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Fransa bu davadan danışır!

Baxış: 233
Fransada əri və digər kişilər tərəfindən illərdir təcavüzə məruz qalan qadının işi müzakirə edilir.

Fransa mətbuatında çıxan xəbərlərə görə, 71 yaşlı Dominik Pelikot illərdir həyat yoldaşına sistematik şəkildə cinsi təcavüz etməkdə və bir çox kişini bu hücumlara qoşulmağa dəvət etməkdə günahlandırılır.

Fransanı şoka salan davada Pelikotun məhkəməsi dünən başlayıb və onun illərdir arvadına narkotik verdiyi iddia edilib. Pelikotun qarşısında qadına 80-ə yaxın kişinin təcavüz etdiyi bildirilib.

Polisin dediyinə görə, Pelikot 50 illik həyat yoldaşının yemək və içkilərinə yuxu dərmanı qoyub və onu yatdırıb.

Müttəhim 2020-ci ilin sentyabrında bir ticarət mərkəzində qadınların ətəklərini gizli şəkildə lentə alarkən tutulduqdan sonra başladılan istintaq nəticəsində bu dəhşətli hadisə, polis onun həyat yoldaşının kompüterində yüzlərlə foto və video tapdıqda üzə çıxdı.

Tez-tez hər şeyi unudan və uşaqlarının Alzheimer xəstəliyinə tutulmasından narahat olan qadın 2020-ci ildə polis bölməsinə çağırılana qədər nələr yaşadığından xəbərsiz idi.

Sağlamlıq qeydləri Pelikotun təkcə bir il ərzində 450 yuxu həbi qəbul etdiyini ortaya qoydu.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.