Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Mərakeşdə isti hava səbəbindən 21 nəfər ölüb

Baxış: 224
Mərakeş Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada ölkənin mərkəzi hissəsində yerləşən Beni Mellal şəhərindəki xəstəxanada həddindən artıq isti hava səbəbindən 21 ölüm hadisəsinin qeydə alındığı qeyd edilib.

Həyatını itirənlərdən 17-nin xəstəxanada müalicə olunan xəstələr olduğu bildirilib.

Həyatını itirənlərin əksəriyyəti xroniki xəstəliklərdən əziyyət çəkən xəstələr və qocalar idi; Bildirilib ki, temperaturun ciddi şəkildə yüksəlməsi həmin şəxslərin sağlamlıq durumlarının pisləşməsinə və ölümlərinə səbəb olub.

Nazirlik gün ərzində verdiyi digər açıqlamada “Yüksək istilərin insanların sağlamlığına təsirlərinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlərin görüləcəyini” açıqlayıb.

Mərakeş Meteorologiya İdarəsi iyulun 21-də verdiyi açıqlamada çərşənbə gününə qədər ölkənin bəzi bölgələrində 46 dərəcəyə qədər yüksələcəyi təxmin edilən temperaturlara görə vətəndaşlara diqqətli olmaları barədə xəbərdarlıq edib.

Aralıq dənizi iqliminə malik Şimali Afrika ölkəsi Mərakeş, xüsusilə son illərdə yay istilərinin artması ilə başlayan meşə yanğınları ilə mübarizə aparır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.