Prezident Ərdoğan şənbə günü sui-qəsd zamanı qulağından yaralanan ABŞ prezidentliyinə namizəd Donald Trampla telefonla danışıb.
Ərdoğan bir daha Trampa qarşı sui-qəsdi pisləyib və tezliklə sağalmasını arzulayıb.
Sui-qəsdin demokratiyaya hücum olduğunu deyən Ərdoğanın Trampın cəsarətini təbrik etdiyi və proqramlarını fasiləsiz davam etdirərək demokratiyaya verdiyi töhfəni vurğuladığı bildirilir.





































