Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Budapeştdə NATO lideri: NATO və Macarıstan arasında kritik sammit

Baxış: 351

NATO-nun baş katibi Stoltenberq Macarıstanın paytaxtı Budapeştdə baş nazir Orban ilə görüşüb. Görüşdən sonra danışan Stoltenberq, "Macarıstanın NATO-ya sadiq üzvü olaraq qalacağını eşitməkdən çox məmnun oldum" dedi. Orban hökumətinin NATO qərarlarına mane olmayacağını da vurğulayıb.

NATO-nun baş katibi Stoltenberq NATO qərarları ilə zaman zaman problem yaşayan Macarıstana səfər edib.

Paytaxt Budapeştdə baş nazir Orban ilə görüşən Stoltenberq, Macarıstan rəhbərliyinin NATO-ya bağlı olduğunu bildirməsindən böyük məmnuniyyət duyduğunu dilə gətirib.

Stoltenberq, "Müttəfiqlərin NATO-nun Ukraynaya təhlükəsizliyin təmin edilməsində və təlim keçməsində aparıcı rol oynayacağına razı olmasını gözləyirəm" deyən Stoltenberq, Macarıstanın vəsaitləri və personalının bu missiyada Ukraynaya dəstək üçün istifadə edilməyəcəyini bildirib.

Macarıstanın baş naziri Orban ölkəsinin NATO-nun sadiq üzvü olduğunu bildirib.

NATO-nun qərarlarını əngəlləməyəcəklərini ifadə edən Orban, "NATO ərazisi xaricində hər bir hərbi missiya yalnız könüllü ola bilər. Bunun zəmanətini almışıq" dedi.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.