Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Kalın: “İraq və Türkmənistan qazını TANAP vasitəsilə idxal etmək imkanımız olacaq”

Baxış: 419


Kalın: “İraq və Türkmənistan qazını TANAP vasitəsilə idxal etmək imkanımız olacaq”
“Təbii qaz qovşağı işə düşdükdən sonra İraq və Türkmənistan “mavi yanacağı”nı TANAP vasitəsilə Avropaya idxal etmək imkanımız olacaq”.
“Sahibkartv.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bildirib.
“Hətta bəzi avropalı və amerikalı həmkarlarıma təklif etdim ki, müəyyən məqamda İrandan təbii qaz nəqlini bu enerji xəritəsinə daxil edək. Bilirəm ki, bu, çox radikal səslənə bilər, amma niyə də yox?! Vəziyyət dəyişsə də, enerjiyə tələbat qalır”, - o vurğulayıb.
İ.Kalın əlavə edib ki, Türkiyə ABŞ və Avropa İttifaqına təbii qaz qovşağı işə düşdükdən sonra İraq və İrandan Avropaya bu enerji resursunun nəqli imkanlarını nəzərdən keçirməyi təklif edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.