Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Astronavtlar BKS-dən açıq kosmosa çıxıb

Baxış: 259


Astronavtlar BKS-dən açıq kosmosa çıxıb
Amerikalı astronavtlar Coş Kassada və Frenk Rubio “iROSA” günəş panellərinin quraşdırılması üzrə işlər aparmaq üçün Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılaraq açıq kosmosa çıxıblar.
“Sahibkartv.az” TASS-a istinadən xəbər verir ki, bu prosesin canlı yayımı ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında həyata keçirilir.
Çıxış Bakı vaxtı ilə saat 16:16-da skafandrların avtonom enerji qəbuluna keçməsi ilə başlayıb. Astronavtlar kosmosda olacağı 7 saat ərzində həmçinin orbital stansiyanın dəyişdirilməsi ilə bağlı işləri də yerinə yetirəcəklər.
Kassada və Rubionun əvvəlki kosmosa çıxışı noyabrın 15-də baş tutub. O zaman onlar “iROSA”nın quraşdırılması üçün konstruksiya hazırlamışdılar.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.