Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Aİ-də iflas müraciətlərinin sayı kəskin artıb

Baxış: 289
Avropa İttifaqında (Aİ) iflasla bağlı müraciətlərin sayı üçüncü rübdə ikinci rüblə müqayisədə 16,3 % artıb.
“Sahibkartv.az” xəbər verir ki, bu barədə “Vedomosti” Avropa Statistika Bürosunun (Avrostat) məlumatlarına istinadən bildirib.
Nəşr qeyd edib ki, Avropada artıq beşinci aydır ki, müflis olmaq üçün müraciətlərin sayı artır.
Ən böyük artım mənzil xidmətləri və qida (+24 %), maliyyə və sığorta fəaliyyəti (+17,8 %) və “sənaye” (+16,2 %) kimi sahələrdə qeydə alınıb. Avrostatın məlumatına görə, ən az artım informasiya və rabitə sektorunda (+1,6 %) müəyyən edilib. Müraciətlərin sayında azalma yalnız bir sektorda - daşıma və saxlanc (-5,4 %) sahəsində qeydə alınıb.
Eyni zamanda, Aİ-də ikinci rüblə müqayisədə iflasların sayında ən sürətli artım Macarıstan (+110,6 %), İspaniya (+66,1 %) və Litvada (+4 %) olub. İflas ərizələrinin sayında ən ciddi azalma Rumıniyada (-36,1 %), Kiprdə (-32,7 %), Estoniyada (-21,3 %) qeydə alınıb.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.