Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünya bazarlarında neftin qiyməti 1% düşüb

Baxış: 344
Avqustun ilk günü dünya bazarlarında neft 1% civarında ucuzlaşıb. İnvestorlar Çinin makroiqtisadi göstəricilərini və OPEC+ alyansının iclası öncəsi xammala olan tələbin perspektivlərini qiymətləndirirlər.
“Sahibkartv.az” birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 1,01% ucuzlaşaraq 1 bareli 102,92 ABŞ dollarına satılıb. WTI neftinin sentyabr fyuçerslərinin qiyməti isə 1,33% aşağı düşərək 1 bareli 97,31 ABŞ dolları təşkil edib.
Çinin istehsal sektorunda işgüzar aktivlik indeksi (PMI) iyul ayında 51,7 bənddən 50,4 bəndə düşüb. Bu məlumatlar Çində neftə tələb proqnozlarının aşağı həddini yenidən nəzərdən keçirməyə imkan verir.
Treyderlər həm də OPEC+ alyansının avqustun 3-nə planlaşdırılmış iclasını gözləyirlər. Alyansın neft hasilatının cari vəziyyətdə saxlanılmasını və ya cüzi artırılmasını müzakirə edəcəyi gözlənilir.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.