Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Dünyanı narahat edən bahalaşma

Baxış: 261


Qarğıdalının buşelinin qiyməti son on ildə ilk dəfə 8 dolları keçibUkrayna-Rusiya müharibəsi səbəbindən taxılın qiymətinin qalxması davam edir. Taxılın qiymətinin qalxması da qlobal inflyasiya proqnozu üçün yüksəliş riski kimi önə çıxır.
Sahibkartv.az xəbər verir ki, Çikaqo birjasında qarğıdalının 1 buşelinin (25,40 kq) qiyməti son on ildə ilk dəfə 8 dolları keçib. Beləliklə, Rusiya-Ukrayna müharibəsi qlobal təklifi təhdid etdiyi və tələb artırdığı üçün qarğıdalı qiymətləri rekord səviyyəyə yaxınlaşıb.
Qarğııdalıda sonuncu dəfə qiymət rekordu 2012-ci ildə, ABŞ-ın orta qərbində quraqlıq və isti havanın əkinlərə zərər verdiyi zaman qeydə alınmışdı.
Xüsusilə Kanadada soyuq hava və qar yağması əkin işlərini yavaşlatdığından buğda fyuçersləri də yüksəlib.
Müharibədən əvvəl də dünyanın ən böyük ixracatçısı olan ABŞ-da qiymətlər artıq yüksəlirdi, çünki artan gübrə xərcləri əkin perspektivlərini zəiflədib. Ukraynanın Rusiya tərəfindən işğalı ilə ixracın təxminən beşdə birindən məsul olan bölgədə kənd təsərrüfatı və ticarət axını pisləşdirib.
Qarğıdalı və buğda qiymətlərinin artması soya, şəkər və pambıq kimi məhsulları izləyən Bloomberg Kənd Təsərrüfatı İndeksinin rekord həddə çatmasına səbəb olub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.