Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanın Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Baxış: 354
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razaya başsağlığı ünvanlayıb.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Başsağlığında deyilir:
“Cənubi Vəziristan əyalətinin Asman Manza bölgəsində kəşfiyyat əsaslı antiterror əməliyyatı zamanı qardaş Pakistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Ruhları şad, xatirələri əziz olsun. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.