Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Daha səkkiz müəssisədən Rusiyaya alma ixracına icazə verilib

Baxış: 467

Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tədbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Agentlikdən bildirilib ki, həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor və alma istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur.
Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor” tərəfindən 2021-ci il 10 avqust tarixindən daha 8 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.
Bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 54 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 121 517 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan alma məhsulunun 181,5 %-i həcmindədir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.