Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gün qısa iş günüdür

Baxış: 576
Bu gün qısa iş günüdür


Bu gün, noyabrın 6-da beşgünlük iş həftəsi ilə çalışanlar üçün iş gününün müddəti bir saat qısaldılır.
Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayramdan əvvəlki son iş gününün müddəti bir saat azaldılır. Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, səkkiz saatlıq iş günü bu gün yeddi saat davam edəcək.

Beşgünlük iş həftəsində noyabrın 7-dən 10-dək ardıcıl dörd gün qeyri-iş günü olacaq. Noyabrın 7-si şənbə, 8-i Zəfər Günü, 9-u isə Dövlət Bayrağı Günüdür. Zəfər Günü bazar gününə təsadüf etdiyindən həftəlik istirahət günü noyabrın 10-na keçirilib.

Altıgünlük iş həftəsində bayramdan əvvəlki son iş günü noyabrın 7-nə düşür və iş vaxtı həmin gün bir saat qısaldılır. Növbəti iş günü noyabrın 11-dir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.