Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu rayonlara qar yağıb

Baxış: 657
Bu rayonlara qar yağıb


Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin faktiki hava ilə bağlı saat 9:00-a olan məlumatında bildirilib.

Dağlıq ərazilərə - Gədəbəy, Kəlbəcər, Daşkəsən, Xızı, Şahdağ, Xınalıq, Qrız, Xaltan, Qusar, Şahbuza (Biçənək və Kükü kəndlərinə) isə qar yağıb.

Qar örtüyünün hündürlüyü Xınalıq, Qrızda 15, Qusarda 8, Xaltanda 6, Şahdağda 2, Xızıda 1 sm-dir.

Bakıda 6, Maştağada 5, Binə, Ələt, Sumqayıtda 3 mm, respublikanın rayonlarında - Astarada 39, Şamaxıda 24, Qubada 19, Lənkəran, Ağdam, Beyləqanda 18, Zərdab, Altıağacda 17, Qobustan, Kürdəmir, Sarıbaşda (Qax)16, Saatlıda 15, Sabirabad, Gədəbəydə 14, Göyçayda 13, Qəbələ, Tovuzda 12, İmişli, Tərtərdə 11, Bərdə, İsmayıllıda 10, Göygöldə 9, Şabran, Sədərək, Gəncə, Şahbuzda 8, Ağstafa, Şəmkir, Naxçıvanda 7, Naftalan, Cəlilabad, Lerik, Yardımlıda 6, Kişçay (Şəki), Biləsuvar, Şərur, Mingəçevir, Yevlax, Xaçmaz, Zaqatala, Daşkəsən, Balakən, Ordubad, Şirvan, Goranboy, Oğuz, Ağsu, Culfa, Neftçala, Cəbrayılda 1-5 mm yağıntı düşüb.

Noyabrın 5-i bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçala və Şahdağda 20, Mingəçevirdə 18, Şəmkirdə 16 m/s-dək güclənib.

Daşkəsən, Xınalıq, Şamaxı, Şahbuz, Altıağac, Qrız, Qusar, Göygöl, Göyçay, Şamaxı, Sabirabad, İmişli, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.