Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar"

Baxış: 81
Bloger "Azza"dan şikayət etdi: "Bunu insanlara satırlar"


Qida blogeri Gülnar Hüseynova "Azza" mağazasında satılan məhsulla bağlı xoşagəlməz halla qarşılaşıb.

O, sosial şəbəkədə mağazadan alınan yoqurtun qıcqırdığını və bu səbəbdən mağaza əməkdaşları ilə arasında mübahisə yaşandığını bildirib:

"Azza" köhnə məhsullar satır. Azadlıq prospektində yerləşən filialında son istifadə tarixi iyulun 22-si olan yoqurtu bizə ayın 19-da satıblar. Uşaqlar yoqurtu açanda məni çağırdılar. Allah istədi ki, mən də gördüm. Yoqurt qıcqırıb. İnanın, üfunət iyi gəlir. Bərbad vəziyyətdədir. Mənim uşağım bunu içsəydi, nə olacaqdı?

Gəlmişəm ki, məhsulu qaytarım. Amma üzr istəmək əvəzinə mənimlə burada mübahisə edirlər. Deyirlər ki, kameraya baxmalıyıq. Kompüterdə yoxlayıblar ki, məhsul saat 17:31-də alınıb.

Deyirəm, məsələ bu deyil. Mən başa düşə bilmirəm, siz üzr istəmək əvəzinə niyə məni burada bir saat saxlayırsınız? Deyirlər ki, yoxlayacağıq, əlaqə nömrənizi verin.

Söhbət puldan getmir. Mən öz hüquqlarımı müdafiə edirəm. Niyə insanlara köhnə məhsullar satırsınız?

Bu da "Azza"nın satdığı məhsullar. Baxın, yoqurtun vəziyyətinə. Çəkirəm ki, insanlar görsün. Bu yoqurtu insanlara satırlar".(axsam.az)

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.