Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib – İsrail telekanalından şok məlumat

Baxış: 72
Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib – İsrail telekanalından şok məlumat


İsrailin Baş naziri Benyamin Netanyahu bazar günü Əbu-Dabiyə gizli səfər edib.

Bu məlumatla İsrail televiziyasının 12-ci kanalı çıxış edib. Telekanalın mənbələrinə görə, Netanyahu səhər saatlarında şəxsi təyyarə ilə Birləşmiş Ərəb Əmirliklərinə gedib və bütün günü orada keçirib, axşam isə İsrailə qayıdıb. Kanalın versiyasına görə, səfərin məqsədi ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla şəxsi görüş olub.

Söhbətin mövzusu dəqiqləşdirilməyib. Netanyahunun ofisi bu xəbərlərə şərh vermir.

12-ci Kanalın qeyd etdiyinə görə, Netanyahunun Əbu-Dabiyə səfəri, BƏƏ prezidentinin 7 oktyabr 2023-cü il tarixindən bir müddət əvvəl radikal Fələstin HƏMAS hərəkatının görünməmiş hücum təhlükəsi barədə şəxsən onu xəbərdar etdiyi iddia edilən media xəbərlərindən sonra baş tutub. İsrail baş naziri iddialara görə, bu xəbərdarlığı rədd edərək həmsöhbətinə İsrailin Qəzza zolağındakı vəziyyətə tam nəzarət etdiyinə əmin edib. BƏƏ hakimiyyəti və Netanyahunun ofisi əvvəllər bu iddiaları təkzib edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.