Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar

Baxış: 72
Baş prokuror: Azərbaycan xalqına qarşı müharibə cinayətləri törədənlər layiqli cəzalarını alıblar


"Əldə edilmiş tarixi Zəfərin məntiqi davamı olaraq, güclü siyasi iradənin nümayiş etdirilməsi və şəhidlərimizin qanı və canı bahasına 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyi tam bərpa edilib, ölkəmizdə separatizmə son qoyulub. Prokurorluq əməkdaşları istər müharibə dövründə, istərsə də müharibədən sonrakı mərhələdə erməni silahlı birləşmələri tərəfindən mülki əhaliyə və infrastruktura vurulmuş ziyanın, habelə törədilmiş digər cinayətlərin müəyyən edilməsi, araşdırılması və ictimaiyyətə çatdırılması istiqamətində var qüvvələri ilə çalışıblar".
Bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Kamran Əliyev deyib ki, həmin işlər üzrə təqsirləndirilən şəxslərə prokurorluğun iştirakı ilə məhkəmələr tərəfindən layiqli cəzalar verilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.