Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

I Qarabağ müharibəsində itkin düşmüş şəxs dəfn edilib

Baxış: 54
I Qarabağ müharibəsində itkin düşmüş şəxs dəfn edilib


I Qarabağ müharibəsində itkin düşmüş və 44 günlük Vətən müharibəsindən sonra nəşinin qalıqları tapılmış Bahadur Kamalov Kəlbəcərin Zar kəndində dəfn olunub.
"Report" xəbər verir ki, dəfn mərasimi rayonun Zar kəndində yerləşən yeni qəbiristanlıqda keçirilib.

Bildirilib ki, Kəlbəcər rayonunun Zar kənd sakini Bahadur Məhəmməd oğlu Kamalov 19 yanvar 1937-ci ildə anadan olub. O, müxtəlif illərdə yerli idarəetmə orqanlarında çalışaraq Zar kənd sovetinin sədri vəzifəsini icra edib, kəndin ictimai-siyasi və sosial həyatında fəal iştirak edib.

Bahadur Kamalov 1993-cü il aprelin 5-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonunu işğal etməsi zamanı itkin düşüb. Uzun illər onun taleyi barədə dəqiq məlumat əldə olunmayıb və o, itkin düşmüş şəxslər siyahısında qeydiyyatda saxlanılıb. Aparılmış axtarış, identifikasiya və məhkəmə-tibbi ekspertiza tədbirləri nəticəsində Bahadur Kamalovun nəşinin qalıqları müəyyən edilib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.