Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

200 manat verildi

Baxış: 63
200 manat verildi


Sosial yardım alan ailələrə 200 manat birdəfəlik ödəniş verilib.

 Prezident İlham Əliyevin Sərəncamına əsasən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan hər ailəyə 200 manat birdəfəlik maddi yardım ödənilib.

Bu ödənişlər Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən qeyd olunan ailələrin hesablarına köçürülüb. Ümumilikdə, yardımlar 76 103 ailəni, yəni 337 932 nəfər ailə üzvünü əhatə edib.

Bundan əvvəl DSMF dekabrın 10-da Bakı, Sumqayıt, Abşeron və Naxçıvan Muxtar Respublikası üzrə pensiyaları, dekabrın 19-da digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyalarını, dekabrın 25-də isə müavinət, təqaüd və ünvanlı sosial yardımları ödəyib.

Beləliklə, dekabr ayına aid bütün sosial ödənişlər artıq başa çatdırılıb.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.