Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır - Açıqlama

Baxış: 161
Maşınlardakı bu funksiya kişilərdə sonsuzluq yaradır - Açıqlama


Avtomobil oturacağının isidilməsi kişi sonsuzluğuna səbəb ola bilər.

 milli.az xəbər verir ki, avtomobil oturacağının isidilməsindən tez-tez istifadə etmək kişi reproduktiv sağlamlığına mənfi təsir göstərə bilər.

Rusiyalı androloq Yelena Novikovanın sözlərinə görə spermanın keyfiyyəti bir çox amillərdən, o cümlədən temperatur rejimindən də asılıdır. "Cinsiyyət orqanları üçün optimal istilik səviyyəsinin pozulması sperma hüceyrələrinin aktivliyini azaldır və onların quruluşunda dəyişikliklər yaradır. Oturacaq isidiciləri uzun müddət aktiv olduqda, yerli temperatur normadan artıq qalxır və bu, spermatozoidlərin həyat qabiliyyətini azaldır," - deyə mütəxəssis bildirib.

Novikova əlavə edib ki, noutbuku diz üstündə saxlamaq, sıx və sintetik alt paltar geyinmək, eləcə də saunada uzun müddət qalmaq da eyni nəticəyə gətirib çıxara bilər.

Həkim bildirir ki, kişi sonsuzluğu ilə bağlı erkən mərhələlərdə vəziyyəti dəyişmək mümkündür. Bunun üçün zərərli vərdişlərdən uzaq durmaq, bədən çəkisini normada saxlamaq, idmanla məşğul olmaq və zülal, sink, selenium, C və E vitaminləri ilə zəngin qidalar qəbul etmək tövsiyə olunur.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.