Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib

Baxış: 120
Şəhid ailələri və müharibə əlillərinə daha 100 mənzil verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil verilib.

Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksindən təqdim edilib.

Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Prezident İlham Əliyevin şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə xüsusi qayğısı nəticəsində həmin kateqoriyalara aid vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.

O bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.

Qeyd edilib ki, postmüharibə dövründə həmin kateqoriyalardan olan vətəndaşlara 6900, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub.

V.Nəsirli əlavə edib ki, cari ilin yanvarın 1-dən növbədə olan müharibə əlillərinin hamısına avtomobil verilib:

"Postmüharibə dövründə 567, ötən dövr ərzində isə 7800 avtomobil müharibə əlillərinə və onlara bərabər tutulan şəxslərə verilib".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.