Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Elmi araşdırma: “Qoz ağacının altında oturmaq olmaz” inancı nə qədər doğrudur?

Baxış: 154



Sahibkartv.az xəbər verir ki, illərdir nəsildən-nəslə ötürülən “Qoz ağacının altında yatmaq və ya oturmaq bəla gətirir” inancı elmi baxımdan izah edilib.

Alimlərin araşdırmalarına görə, qoz ağacları sülfür qazı ifraz edir. Bu qaz havadan daha ağır olduğundan ağacın dibinə toplanır və uzun müddət orada qalan insanlarda başgicəllənmə və halsızlıq yarada bilər.

Bundan əlavə, qoz ağacları parazitlərə və bəzi xəstəliklərə həssasdır. Ağacın dibində uzun müddət qalmaq bu səbəblə müəyyən risklər daşıyır.

Çiçəkləmə dövründə isə ağac polen yayır ki, bu da allergiyası olan şəxslərdə öskürək, asqırma və narahatlıq doğura bilər.

Elm adamları qeyd edirlər ki, qoz ağacı 100 ildən çox ömür sürə bilər və ekosistemin tarazlığının qorunmasında mühüm rol oynayır. Onun bəzi ifraz etdiyi maddələr torpaqdakı zərərli mikrobları azaldır, faydalı mikroorqanizmlərin isə çoxalmasına kömək edir.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.