Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

DYP yeni tədris ilinin başlanması ilə əlaqədar müraciət etdi

Baxış: 118
DYP yeni tədris ilinin başlanması ilə əlaqədar müraciət etdi


Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Müraciətdə deyilir:

"Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması münasibətilə bütün şagirdləri, tələbələri, müəllimləri və valideynləri təbrik edir, hər kəsə uğurlar arzulayır.

Tədris prosesinin başlanması ilə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilk növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdə həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli olsunlar.

Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir.

Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq durmalıdırlar.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir və xatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır".

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.