Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Məşhur restoranda müştərilərdən parkinqə görə 40 manat aldılar - FOTO

Baxış: 165
Məşhur restoranda müştərilərdən parkinqə görə 40 manat aldılar - FOTO


Salyan şossesi, Şıxov çimərliyi ərazisində yerləşən "Lampare" restoranında müştəridən parkinqə görə 40 manat ödəniş alınıb.

Ölkə.Az xəbər verir ki, bu barədə müştərilərdən biri sosial şəbəkələrdə paylaşım edib.

İstirahət üçün restorana üz tutan müştərilər yeməklərdən də narazılığını ifadə ediblər.

Ümumilikdə 597,30 manatlıq hesab çekində qiymətlərin baha olması, 10%-lik “servis haqqı” ilə yanaşı, hər maşın üçün parkinq ödənişinin alınması narazılıq doğurub.

Qeyd edilib ki, restoranın öz həyətyanı sahəsində parkinq olmasına baxmayaraq hər maşına görə 10 manat parkinq ödənişi hesaba əlavə olunub.


Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.