Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bakıda qəzaların çox olduğu yerlərdə - Yenilik

Baxış: 156
Bakıda qəzaların çox olduğu yerlərdə - Yenilik


Sürücülərin nizamlanmayan yolayrıcı qaydalarına əməl etmədiyi və qəzaların baş verdiyi yolayrıcında yeni işıqforlar quraşdırılıb.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları paytaxtın Nəsimi rayonu, Fikrət Əmirov və 28 May küçələrinin kəsişməsində monitorinq keçiriblər.

Tədbirlər zamanı qeyd olunan nizamlanmayan yolayrıcında qəzaların baş verdiyi, nəqliyyat sıxlığının və piyadalar üçün təhlükəli vəziyyətin yarandığı nəzərə alınaraq yolda yeni nəqliyyat işıqforları quraşdırılıb.

LED işıqlandırma ilə təchiz olunan işıqforlarda piyada bölmələri də istifadəyə verilib.

Bununla da mövcud problem aradan qalxıb. 

Bundan əlavə, mərkəz tərəfindən Yasamal rayonu, Bakı Kənar Dairəvi yolunun Məhəmməd Xiyabani küçəsi ilə kəsişməsində də yeni işıqforlar obyektləri istifadəyə verilib. Nəticədə qəza riskləri azaldılıb, həmçinin piyadaların hərəkəti daha təhlükəsiz təşkil olunub.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.