Mütəxəssislər bu yeniliyin gələcəkdə insanların yaddaşlarını virtual serverlərdə saxlamaq, düşüncələri süni intellektlə paylaşmaq və hətta beyindən-beyinə məlumat ötürmək üçün istifadə edilə biləcəyini bildirirlər.
Bu texnologiya ilk olaraq ağır beyin travmaları və yaddaş itkisi yaşayan insanlara kömək etmək üçün nəzərdə tutulub. Ancaq alimlər hesab edirlər ki, gələcəkdə bu sistem hər kəs üçün əlçatan ola bilər və insan beyninin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər.






































