Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bunu etsək, pensiya sistemi çökər - Nazir

Baxış: 163
Bunu etsək, pensiya sistemi çökər - Nazir


Azərbaycanda pensiya sisteminə amnistiya tətbiq edilib və bunun nəticəsidir ki, 1 qəpik pensiya kapitalı olmayan şəxs pensiya ala bilir.

Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev parlamentdə büdcə zərfinin müzakirəsi zamanı deputatların səsləndirdiyi məsələləri cavablandırarkən deyib.

Onun sözlərinə görə, 2019-cu ildə Milli Məclisin razılığı ilə 25 illik iş stajı olan, lakin 1 qəpik pensiya kapitalı olmayan şəxsə pensiya verilməsi barədə qərar verilib. “Əgər bu amnistiya tətbiq olunmasaydı, o zaman çox sayda insan pensiya ala bilməzdi”, - nazir qeyd edib.

Nazir onu da əlavə edib ki, bu səbəbdən də pensiyanı böyük həcmdə artırmaq mümkün deyil. “Əgər pensiyanı böyük həcmdə artırsaq, o zaman pensiya sistemi çökər”, - o nazir bildirib.

Nazir bildirib ki, pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyası aparılır. “Bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır. Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57% yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.