14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
“Azərbaycanın dövlətçilik tarixində misilsiz xidmətlər göstərmiş, ideyaları, zəkası, dövlət idarəçiliyndəki zəngin təcrübəsi ilə bugünümüzə və gələcəyimizə bələdçilik edən ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin çətin və mürəkkəb illəri Ulu Öndərin siyasi irsinin Naxçıvan dövrü kimi də adlandıra bilərik. Məhz həmin illər Heydər Əliyevin böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi milli azadlıq, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön cərgədə olmuşdur”.
Bu fikirləri açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri seçilməsinə münasibət bildirərəkən səsləndirib.
Hüquq müdafiəçisi 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyasını xatırladaraq deyib ki, deputatların istəyi və təkidi nəticəsində sessiya Heydər Əliyevin sədrliyi ilə işinə başlamışdı. Milli dövlətçiliyə yeni nəfəs vermiş Naxçıvan parlamentinin ilk sessiyasında gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdır. Həmin sessiya Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir.
Ç.Qənizadə deyib ki, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin Ali Məclisin Sədri vəzifəsinə seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoyub. Həmin vaxtdan böyük siyasətə qayıdışın Naxçıvandan başlanan yolunun əsası qoyuldu. Çətin və keşməkeşli dövrdə - müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu. Davamlı uğurların qapısını açmış müstəqillik tariximizin parlaq səhifələri bir-birni əvəz edirdi. Ümummilli liderin zəngin dövlətçilik təcrübəsinə əsaslanan fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin parlaq səhifələrini təşkil edir. Müdrik şəxsiyyətin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı. Ümummilli liderin gərgin fəaliyyəti və səyləri sayəsində muxtar respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
Tanınmış hüquqşünasın sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. O vaxt Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdir. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Ç.Qənizadə deyib ki, məhz Ulu Öndərin dövlət idarəçiliyindəki zəngin təcrübəsi və dünyadakı nüfuzu sayəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Muxtar Respublikanın dövlət quruculuğu, müdafiə və hərbi quruculuq məsələləri, hakimiyyət və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, iqtisadi və siyasi böhranın aradan qaldırılması, iqtisadi islahatların keçirilməsi, xarici iqtisadi əlaqələrin yaradılması, həmsərhəd xarici dövlətlərlə - Türkiyə və İranla mehriban qonşuluq münasibətlərinin qurulması və kütləvi tədbirlərə aid məsələlər müzakirə edildi, müvafiq qərarlar qəbul olundu. Ulu öndərin “Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü”nün təsis olunması kimi təşəbbüsünün tarixi əhəmiyyətindən söhbət açan hüquq müdafiəçisi deyib ki, Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bu gün dünya azərbaycanlılarının bir bayraq altında birləşməsinin əsasını qoydu.
“Həmin dövrdə Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar, bütövlükdə, ölkəmizin inkişafına çox böyük təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Bu gün Naxçıvan Azərbaycanın tərkib hissəsi olaraq sürətli inkişaf yolunda uğurla davam edir”- deyə Ç.Qənizadə bildirib.
Bölməyə aid digər xəbərlər