Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alanlar üçün məktəb seçimi başlayır

Baxış: 304
Bu gündən məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə start verilir.
Bu barədə Təhsil Nazirliyini məlumat yayıb.
Bildirilib ki, valideynlərə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.
Əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə, şəxsi kabinetə daxil olaraq yerləşdirilən sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə sorğu təsdiq edildikdə o ləğv edilə bilməz. Yalnız məktəb tərəfindən sistemdə (www.mektebeqebul.edu.az) imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edilə bilər.
Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.