Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Azərbaycanda ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb

Baxış: 235
 


Azərbaycandakı ali təhsil müəssisələrinin reytinqlərdə geri qalmasının səbəbi açıqlanıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində bildirib.
Nazir deyib: “Ali təhsil müəssisələrimizin reytinqlərdə geri olmasının bir neçə səbəbi var. Bir səbəbi də məhz bundan ibarətdir ki, ali təhsil müəssisələrində müəyyən elmi-tədqiqat işləri var, amma Azərbaycan elə də böyük ölkə deyil, biz elmi tədqiqat potensialımızı müxtəlif qurumlara parçalayıb fəaliyyət göstəririk”.
“Bu baxımdan qarşılıqlı əməkdaşlıq olduqca vacibdir. Mən əminəm ki, ali təhsil müəssisələri elmi tədqiqat institutlarından, elmi təşkilatlardan çox şey öyrənə bilər, çünki Azərbaycanın, həqiqətən də, fundamental elmlər sahəsindəki tədqiqat təcrübəsi məhz bu institutlardadır. Ona görə də uzun illər ərzində bu sahədən bir çox alimlərimiz Azərbaycanda və ölkədən kənarda fəaliyyət göstərirlər. Bu bizim ali təhsil müəssisələrimizə çox ciddi töhfə vermiş olacaq. Yəni həmin insanların auditoriyalarda olması, həmin ali təhsil müəssisələrindəki imkanlardan faydalanması və s.”, - nazir qeyd edib

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.