Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı

Baxış: 81
Ağdamda yaşayanlara ŞAD XƏBƏR: 1 500 daimi iş yeri yaradıldı

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında yaradılan iş yerlərinin sayı 1 500-ə çatıb.
Bunu "Report"a açıqlamasında Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Onun sözlərinə görə, indiyə qədər Parkda 30-dan çox rezident qeydə alınıb: "Onlardan 9-u fəaliyyət göstərir, istehsal etdiyi məhsulları hətta ixrac edir. Parkda iş yeri potensialı 3 000-dən artıqdır və bunun 1 500-ü artıq yaradılıb. Bu, 1 500 ailə deməkdir. Hər bir insan orada öz ailəsinə çörək pulu aparır və bu, çox vacibdir. İşğaldan azad olunmuş ərazilərdə 90 minə yaxın adam yaşayır, çalışır, oxuyur və işləyir. Bu insanların məşğulluğu, sözsüz ki, olduqca vacib məsələdir. Bundan başqa, əlbəttə ki, özəl investisiyalarda da biz artım müşahidə edirik. Bu, müxtəlif iqtisadi sahələrdə, sənaye, o cümlədən emal sənayesində özünü göstərir. Ən vacib məsələ isə ondan ibarətdir ki, əsas etibarilə kənd təsərrüfatı sahəsində özəl sahibkarların marağı daha çox hiss olunur".

"Bilirsiniz ki, bu yaxınlarda kənd təsərrüfatında dövlət proqramı təsdiq olundu. Bu dövlət proqramı çərçivəsində, habelə Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində artıq kənd təsərrüfatı təyinatlı torpaqların sakinlər və yaxud orada fəaliyyət göstərmək istəyən sahibkarlar tərəfindən uzunmüddətli icarəyə götürülərək istifadə olunması və ya heyvandarlıqla məşğul olunması üçün zəruri şərait yaradılır, dövlət təşviq alətlərindən istifadə edilir. Hesab edirəm ki, bütün bunlar son nəticə etibarilə işğaldan azad olunmuş ərazilərdə dayanıqlı məşğulluğun, sahibkarlığın və iqtisadi fəaliyyətin formalaşmasına öz zəruri töhfəsini verəcək", - deyə E.Hüseynov əlavə edib.

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.