
"Formula 2" üzrə Azərbaycan Qran-prisində sprint yarışı başlayıb.
Mübarizəyə saat 08:15-də start verilib.
Bu gün ikinci dərəcəli pilotların birinci əsas yarışı da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.
***
Bakıda təşkil olunan "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci günə bu gün start veriləcək.
ilk olaraq "Formula 2"də sprint yarışı keçiriləcək.
Daha sonra "Formula 1"də üçüncü sərbəst yürüş gerçəkləşəcək.
Ardınca iki dərəcəli pilotların ilk əsas yarışı, "Formula 1"də isə sıralama turu baş tutacaq.
Azərbaycan Qran-prisində ikinci günün proqramı
25 sentyabr
08:15. "Formula 2": Sprint yarışı
12:30. "Formula 1": Üçüncü sərbəst yürüş
14:15. "Formula 2": Birinci əsas yarış
16:00. "Formula 1": Sıralama turu
Qeyd edək ki, Bakıdakı Qran-pri sentyabrın 26-da başa çatacaq.







































