Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
23:56 / 21-04-2025
Gələcəyin Həkimi: Tənəffüslə Diaqnoz Qoyan “SmartBreath” Tanıdıldı
22:13 / 21-04-2025
“QuantumTrade”: Kiçik Sərmayəçilər üçün Böyük Bazar Qapısı Açıldı
21:43 / 21-04-2025
Tənhalığa Texnoloji Çarə: “ElderAI” Yalnız Qalmış Yaşlılara Nəzarət Edir
21:18 / 21-04-2025
Təbii Qulluq Revolusiyası: “BioSkin” Dərini Öz-özünə Tənzimləyir
20:45 / 21-04-2025
İdmanda Yeni Eramız: “PulseCoach” İdmançının Daxili Tempini Analiz Edir
20:30 / 21-04-2025
Süni Zəka ilə Dəqiq Diqqət Ölçümü: “FocusMeter” Ofislərə Gəlir
20:17 / 21-04-2025
Saxta Xəbərlərə Son: “TrueCheck” Real Zamanlı Faktyoxlama Sistemi İşə Düşdü
19:49 / 21-04-2025
Startaplar üçün “LegalAI”: Hüquqi Məsləhət Artıq Saniyələr İçində
19:22 / 21-04-2025
Ətraf Mühitlə Uyumlu İnşaat: “EcoBuild” Material Seçimini Optimallaşdırır
18:52 / 21-04-2025
Tələbələr üçün “AI Mentor”: Kurs Seçimi Artıq Daha Asandır
18:20 / 21-04-2025
Süni Zəka ilə Əməkdaş Seçimi: “HireMatch” CV-dən Daxilə Enir
17:47 / 21-04-2025
Virtual Natiq: “VoiceCast” İstənilən Mətnə İnsan Səsi Təsiri Verir
17:30 / 21-04-2025
Qarşısı Alınan Xəstəliklər: “PredictHealth” 10 İl Əvvəldən Diaqnoz Verir
17:17 / 21-04-2025
Ev Ehtiyaclarına Səssiz Cavab: “SilentCart” Sizin Yerinizə Alış-Veriş Edir
16:48 / 21-04-2025
Təhlükəsiz Səyahətlərin Yeni Dövrü: “SmartTrip” Riskləri Öncədən Aşkarlayır
16:26 / 21-04-2025
Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
16:00 / 21-04-2025
İqlimlə Uyumlu Kənd Təsərrüfatı: “AgroClima” Fermalara Yeni Nəfəs Verir
15:42 / 21-04-2025
Sabah 27 dərəcə isti olacaq
15:30 / 21-04-2025
Travma Sonrası Oyunlarla Müalicə: “Play2Heal” Terapiyada Yeni Dövr Açır
15:19 / 21-04-2025
Uşaqlar üçün Rəqəmsal Qidalanma Mütəxəssisi: “AI Nutritionist” Xidmətdədir
15:00 / 21-04-2025
Emin “Rolls-Royce”la qəzaya düşübmüş - Video
14:08 / 21-04-2025
“Zelenski dəstəyini itirir, hətta London da ondan bezib”
14:03 / 21-04-2025
Leyla Əliyeva görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə - Fotolar
13:59 / 21-04-2025
Papanın ölümünə görə bu oyunlar təxirə salındı
13:56 / 21-04-2025
Roma Papası öldü
13:22 / 21-04-2025
Bakının mərkəzində anbar yanır - Bu yollar bağlandı - Fotolar - Yenilənir
12:06 / 21-04-2025
Leysanda o yolları bağlayın - Merdən çıxış yolu təklifi
11:25 / 21-04-2025
Bölgəni yeni xaosa sürükləyən plan təsdiqləndi - Türkiyə KİV
11:17 / 21-04-2025
Tramp: Rusiya və Ukrayna bu həftə razılığa gələcək
11:11 / 21-04-2025
Türkiyə ilə İsrail arasında buzlar əriyir
“Jerusalem Post”: “Azərbaycan həm İsrail, həm də Türkiyə ilə güclü əlaqələri olan nadir ölkələrdən biridir. Rəsmi Bakı müxtəlif ölkələr arasında sülh prosesinə dair əlverişli mühit yarada biləcək potensialının olduğunu da nümayiş etdirib”.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Ötən həftə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan israilli həmkarı İsaak Hersoqun Türkiyəyə səfər edəcəyini bildirib. İsrail prezidentinin başçılıq edəcəyi nümayəndə heyətinin Türkiyəyə martın ortalarında səfəri gözlənilir. İsrailin baş naziri Naftali Bennet də İsaak Hersoqun Rəcəb Tayyib Ərdoğanla görüşünün mümkün olduğunu bəyan edib. İndi Türkiyə, İsrail və Qərb siyasi ekspertləri iki dövlət arasında münasibətlərin yenidən yaxşılaşa biləcəyini qeyd edirlər.
Normallaşma istiqamətində yeni addımlar
Burhanettin Duran Türkiyənin nüfuzlu “Daily Sabah” nəşrində dərc olunan məqaləsində qeyd edir ki, hazırda Ankara Təl-Əvivlə münasibətləri normallaşdırmaq məqsədilə səyləri ikiqat artırır:
“Ötən il Türkiyənin ABŞ, Avropa İttifaqı (Aİ), Yunanıstan, Ermənistan, İsrail, BƏƏ, Misir və Səudiyyə Ərəbistanı ilə əlaqələrdə yeni səhifə açmağa çalışması sirr deyil. Ankara ilə Vaşinqton, Brüssel və Afina arasında gərginlik azalsa da, hələ də müsbət addımlar atılmayıb. Əksinə, görünən odur ki, Türkiyənin Yaxın Şərq və Cənubi Qafqaz ölkələri ilə münasibətlərin normallaşdırması prosesi daha sürətlə gedir”.
Müəllifin fikrincə, ABŞ-ın “EastMed” layihəsinə dəstək göstərməyəcəyini bəyan etməsindən bir neçə həftə sonra Türkiyə liderinin İsrail prezidentinin səfəri ilə bağlı çıxışı təsadüfi deyil: "Sanki ABŞ bu addımı Türkiyə ilə İsrail arasında münasibətlərinin normallaşdırılması üçün atıb. Başqa sözlə desək, indi Təl-Əviv Ankara ilə enerji əməkdaşlığına dair perspektivləri müzakirə edə bilər”.
Obyektiv səbəblər
Türkiyə hazırda İsrail də daxil olmaqla, Yaxın Şərq ölkələri ilə, Təl-Əviv isə Əbu-Dabi və Ankara ilə münasibətləri normalaşdırmağa can atır. Bəs bunun səbəbi nədir? B.Duran hesab edir ki, sadalanan dövlətlər regional və qlobal dəyişiklər fonunda siyasi qərarlarını yenidən nəzərdən keçirir: “COVID-19 pandemiyası üzündən fövqəldövlətlər arasında rəqabət daha da güclənib. Məsələn, Pekinlə Vaşinqton arasında. Üstəlik, ABŞ Prezidenti Co Baydenin Vaşinqtonun Yaxın Şərq siyasətini yenidən nəzərdən keçirməsi, Rusiyanın son addımları, həmçinin İran və Fars körfəzi hövzəsində yerləşən ölkələrin regionda münasibətləri normallaşdırmağa çalışması bölgədə dəyişikliklərin baş verdiyini göstərir. Əslində, bu dəyişikliklər qeyri-müəyyən və riskli vəziyyətin yaranmasına səbəb olur”.
Onun sözlərinə görə, hazırda yəhudi dövləti də Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır:
“Doğrudur, İsrailin ərəb ölkələri ilə İbrahimi sazişini imzalaması onun regionda mövqeyini gücləndirib. Amma ABŞ ilə İran arasında yeni nüvə sazişinin imzalanması bölgədə güc balansını dəyişə bilər. Odur ki, İsrail Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışan sonuncu dövlət olmaq istəməzdi”.
“Jerusalem Post” Azərbaycanın vacib rolu haqqında
Bu arada, hazırda Azərbaycanın Türkiyə və İsraillə sıx, strateji əhəmiyyət kəsb edən əlaqələri var. Odur ki, Bakı Ankara ilə Təl-Əviv arasında münasibətlərin bərpasında maraqlıdır. Üstəlik, o, bu iki dövlət arasında əlaqələrin normallaşmasında vasitəçi ola bilər.
İsrailin nüfuzlu “The Jerusalem Post” nəşrində amerikalı siyasi ekspert Ceykob Kamarasın dərc edilən məqaləsində qeyd olunur ki, əhalisinin əksəriyyəti müsəlman olan Cənubi Qafqaz ölkəsi – Azərbaycanla İsrail arasında hələ 1992-ci ildən bəri, yəni yəhudi dövlətinin ərəb ölkələri ilə İbrahimi sazişi imzalamasından uzun illər öncə sıx münasibətlər mövcuddur: “Odur ki, Bakı Ankara ilə Təl-Əviv arasında razılaşmanın imzalanmasında vacib rol oynaya bilər. Azərbaycan həm İsrail, həm də Türkiyə ilə güclü əlaqələri olan nadir ölkələrdən biridir. Rəsmi Bakı müxtəlif ölkələr arasında sülh prosesinə dair əlverişli mühit yarada biləcək potensialının olduğunu da nümayiş etdirib”.
Məqalədə qeyd edilir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev hələ ötən ilin aprelində bildirmişdi ki, Bakı Türkiyə və İsrailin iştirakı ilə üçtərəfli sammitin təşkilinə hazırdır: “Onun sözlərinə görə, Türkiyə Azərbaycanla qardaş ölkədir, İsrail isə strateji tərəfdaşımızdır: "Biz dostlarımızın bir-biri ilə dostluq münasibətlərində olmasını istəyirik. Əgər tərəflər bizim təşəbbüsümüzlə bağlı razılığa gələrsə, Azərbaycan bunu hər zaman alqışlayacaq”.
Türkiyə-İsrail əməkdaşlığının üstünlükləri
C.Kamaras qeyd edir ki, Azərbaycan rəhbərliyi İsraillə sıx əlaqələrin üstünlüklərini başa düşür: “Bakı yəhudi dövlətinə neft, İsrail isə Azərbaycana silah tədarük edir. Lakin onlar arasında daha dərin münasibətlər mövcuddur”. Məqalədə Azərbaycan ilə yəhudilər arasında 2500 illik tarixi əlaqələrin olduğu vurğulanır.
Müəllif xatırladır ki, yəhudilər Türkiyədə 2000 ildən çoxdur ki, yaşayır: “Son illərdə diplomatik münasibətlərdə gərginliyə baxmayaraq, Türkiyə ilə İsrail arasında güclü iqtisadi əlaqələr var. Məsələn, 2021-ci ilin noyabrında Türkiyədən İsrailə 595 milyon dollar dəyərində məhsul ixrac edilib”.
Amerikalı siyasi ekspert sonda vurğulayır ki, Türkiyə ilə İsrail arasında isti münasibətlərin yaranması üçün təməl mövcuddur: “İbrahimi sazişi göstərib ki, bu proses nəticəsində hər iki ölkəyə böyük miqdarda investisiyalar cəlb oluna bilər”.
Bölməyə aid digər xəbərlər

Tarix: 12-02-2022, 14:26 Oxunub: 225
Bölməyə aid digər xəbərlər
5-02-2022, 22:44
Əməkdaşlıqdan müttəfiqliyə - ŞƏRH
5-02-2022, 12:11
"Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq"
30-01-2022, 21:15
Unikal və çoxşaxəli münasibətlər
30-01-2022, 21:15
Unikal və çoxşaxəli münasibətlər
29-01-2022, 19:40
Azərbaycanda gələn ilin dövlət büdcəsinin hazırlanmasına başlanılır
29-01-2022, 16:52
Baş Nazir SƏRƏNCAM İMZALADI - SON DƏQİQƏ
30-10-2021, 20:15
Zəngəzur dəhlizi dünya araşdırmaçılarının diqqət mərkəzində - ŞƏRH
27-10-2021, 11:52
İrəvan Bakının şərtini qəbul etdi: Əliyevlə Ərdoğanın mesajı - TƏHLİL
23-09-2021, 20:06
İranın Səcdəpuru Bakıya göndərməsinin səbəbi, Şeyxin bəyanatı, Ankaranın üçtərəfli görüş təşəbbüsləri – TƏHLİL
28-08-2021, 22:17
“Taliban” Qafqaz üçün təhlükədir?
26-08-2021, 10:54
Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günüdür - FOTO
11-05-2021, 08:29
"Biz Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi qəlbdən maraq göstəririk"
28-04-2021, 14:39
Ekspert: “Ankara və Bakı ilə münasibətlər İsrail üçün “erməni soyqırımı”nın tanınmasından daha vacibdir”
27-04-2021, 14:25
“Ağıllı kənd”in təməli qoyuldu, 200 fərdi ev tikiləcək
29-12-2020, 14:29
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi - SƏRƏNCAM
24-07-2020, 13:03
“İsrail Hayom”: “İsrail çətin anlarda Azərbaycana dəstək olmalıdır”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO