Son xəbərlər
Day, Month 00, Year
00: 00: 00 AM

Hakan Fidan: Avropada yeni sistem yaranacaq

Baxış: 36
Hakan Fidan: Avropada yeni sistem yaranacaq


Şərtlər nə qədər ağır, mövqelər nə qədər fərqli olursa olsun, problemin həlli üçün bir masa ətrafındasınızsa, o zaman ortaq məxrəcə gəlmək üçün mütləq bir yol tapılacaq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan  Rusiya-Ukrayna sülh danışıqları ilə bağlı mövqelərini açıqlayarkən deyib.

Nazir Fidan bildirib ki, Rusiya-Ukrayna müharibəsinin həllində əsas problem kimi Ukraynanın ərazisi, Rusiyanın strateji hədəfləri və təhlükəsizliyi, eyni zamanda Avropanın da öz təhlükəsizliyi ilə bağlı olan fərqli fikirlərin olmasıdır. 

O əlavə edib ki, Avropa Rusiya-Ukrayna müharibəsini gələcək təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması çərçivəsində həllinin tərəfdarıdır. “Bu səbəbdən də hər tərəfin  məsələyə  baxışı fərqlidir”, - o qeyd edib.

Nazir Fidan hesab edir ki, hazırda vasitəçi kimi fəaliyyət göstərən və tərəflərlə görüşən Stiv Uitkoffun burada xüsusilə mühüm rol oynayacaq.

Onu da qeyd edib ki, Rusiya ilə Ukrayna arasındakı sülh  Avropada yeni sistemin yaranması ilə nəticələnəcək: "Buna görə də, indi hər kəs mövcud potensial razılaşmaya lazım olduğundan daha çox əhəmiyyət verməyə çalışır. Çünki bu, təkcə bu günlə, təkcə müharibənin dayandırılması ilə bağlı deyil, həm də gələcəklə bağlıdır"

Fidan bildirib ki, razılaşmadan sonra hər kəs riskləri, mənfəəti, eləcə də Avropanın təhlükəsizliyini düşünür. 

Təsisçi və redaktor: Rüstəm Zülfüqarlı
Tel: +994 50 537 55 05
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, Azərbaycan Nəşriyyatı

“Sahibkartv.az” saytı Azərbaycan Respublikası Media Reyestrində rəsmi qeydiyyata alınmışdır.
(Qeydiyyat Şəhadətnaməsi № 3568E1527C938D).
VÖEN: 6100325452
© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.