14:33 / 21-11-2024
14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
Qoşulmama təşkilatının ideyası 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında formalaşıb. Bandunq Konfransından 6 il sonra, 1-6 sentyabr 1961-ci il tarixlərində keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Hərəkatın institusional əsası qoyulub. Hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı özündə birləşdirən qurumda ölkəmiz 2011-ci ildən tamhüquqlu üzv kimi təmsil olunur. Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunub. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra ölkəmizin sədrlik etməsi üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsi kimi tarixə düşüb.
Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 2019-cu il oktyabrın 25-26-da Bakıda keçirilmiş 18-ci Zirvə Görüşü zamanı Azərbaycan hərəkata sədrliyi – bu məsuliyyətli vəzifənin icrasını qəbul edib.
Ötən gün isə oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.
Dövlət başçısı öz çıxışında hərəkatın tarixi, prinsipləri, aktuallığından, Azərbaycanın Hərəkata üzvlüyü və sədrliyi dövründə görülən işlərdən bəhs edib. Nümayiş etdiyi siyasi iradə və atdığı addımlarla təşkilatın fəaliyyətinin qlobal miqyasda səmərəliliyinə töhfə verməklə üzv dövlətlərin hər birinin böyük etimadını qazanan Azərbaycan Prezidenti həmçinin Hərəkatın gələcək fəaliyyəti ilə bağlı bir sıra təşəbbüslərlə çıxış edib.
Azərbaycan lideri BMT Baş Assambleyasından sonra dünyada ikinci ən böyük beynəlxalq təsisat olan, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının postpandemiya dövründə mövqeyinin formalaşdırılması üçün yüksək səviyyəli görüşünün keçirilməsini təklif edib.
İlham Əliyev həmçinin BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsinin məqsədəuyğun olacağını bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti sözügedən panelin yaradılmasının vacibliyini cari il sentyabrın 23-də BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında da səsləndirib.
Qoşulmama Hərəkatının sədri İlham Əliyevin fikrincə, Hərəkatın təsisatlanması ideyası ilə bağlı məsləhətləşmələr keçirilməli, üzvlərinin parlamentariləri arasında əməkdaşlıq inkişaf etdirilməli, gənclər şəbəkəsi formalaşdırılmalıdır.
Çıxışı zamanı Azərbaycan lideri növbəti dəfə Qarabağ həqiqətlərini bu cür mötəbər tribunadan beynəlxalq ictimaiyyətə çatdırıb. İlham Əliyev həmçinin münaqişənin keçmişdə qaldığını bu platformadan elan etməklə önəmli mesaj verib.
Azərbaycanın sədrliyi dövründə önə çıxan məqamlar:
Xüsusilə qeyd edək ki, Azərbaycan sözügedən təşkilata sədrliyi dövründə görülən işlər və ortaya qoyduğu iradə ilə beynəlxalq miqyasda öz nüfuzunu gücləndirib. Təşkilata sədrliyimiz dövründə çoxtərəfli diplomatiyanı və multilateralizmi təşviq etməklə dünya birliyinin dəstəyi qazanıb, dövlət başçısı İlham Əliyevin öndərliyində rəhbər tutulmuş bu istiqamətlər təqdir olunub.
Təşkilata sədrliyi ilə Azərbaycan eyni zamanda COVID-19 pandemiyasına qarşı mübarizədə qlobal miqyasda rol oynamağa müvəffəq olub. Dünyada tüğyan edən pandemiya şəraitində, pandemiyanın dünya üçün misli görünməmiş fəsadları qarşısında bir çox ölkələrin qlobal aləmdən təcrid olunmaq yolunu tutduğu, özünə qapandığı dövrdə Azərbaycan dövləti öhdəsinə götürdüyü liderlik rolunu uğurla yerinə yetirərək pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri kimi ön plana çıxıb.
Azərbaycanın təşkilata sədrliyi dövründə irəli sürülən əhəmiyyətli təşəbbüslər sırasında Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısını və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası xüsusilə vurğulanmalıdır.
Məlum olduğu kimi, pandemiyaya son qoyulması üçün dünya ictimaiyyətinin əlində olan ən güclü alət hesab olunan peyvənd məsələsi qlobal miqyasda bir sıra problemləri də üzə çıxardı. İnkişaf etmiş ölkələrlə digər ölkələr arasında peyvənd uğrunda gedən mübarizə və getdikcə dərinləşən qeyri-bərabərliyə İlham Əliyevin şəxsində Azərbaycan da səssiz qalmayıb, Qoşulmama Hərəkatının sədri olaraq “peyvənd millətçiliyi” ilə gərgin mübarizə aparıb.
Azərbaycan sədrlik etdiyi qurumun adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürüb və həmin qətnamə bu ilin mart ayında yekdilliklə qəbul olunub.
Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırmışdır ki, bunun 5 milyonu zəruri ehtiyacların qarşılanması üçün koronovirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldilmişdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmişdir. Azərbaycan dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim edib.
Təşkilata sədrlik həmçinin Azərbaycana təcavüzkar Ermənistana qarşı mübarizədə güclü dəstək qazandırıb. Təşkilatın sənədlərində keçmiş münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstək ifadə olunub.
Sözügedən dəstək yalnız sənədlərdə qalmayıb, 44 günlük müharibə zamanı da daha dərindən hiss edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə təşkilatın və eyni zamanda, Təhlükəsizlik Şurasının üzvü olan ölkələr Azərbaycana dəstək vermək məqsədilə təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.
Bütün bunlar Azərbaycan liderinin böyük siyasi səriştə və uzaqgörənlik nümayiş etdirməsi fonunda istər beynəlxalq ictimaiyyət, istərsə də təşkilat üzvləri arasında Azərbaycan dövlətinə olan etimadın hərtərəfli inkişafına gətirib çıxarıb. Yekun nəticədə isə üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul ediblər.
Qoşulmama Hərəkatına üzv dövlətlər eyni zamanda bununla Azərbaycan liderinin tutduğu mövqeyə dəstək nümayiş etdirib, onun qazandığı böyük nüfuzu bir daha qiymətləndiriblər. Sədrlik müddətinin uzadılması ilə bağlı üzv dövlətlərin müraciəti isə Azərbaycan dünyadakı lider mövqeyinin qəbul edilməsi, daha da genişlənməsi, Prezident İlham Əliyevin nüfuz və siyasi iradəsinin dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanması anlamına gəlir.
Bölməyə aid digər xəbərlər