Day, Month 00, Year
00: 00: 00 AM
Simon Kopadze: “Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı kvazi dövlətinə mənfi münasibət bəsləyirəm”

Erməni müxalifətinin oktyabrın 1-də İrəvanda Azadlıq meydanında başlamalı olan etiraz aksiyalarında təkcə Ermənistanın keçən il Azərbaycanla müharibədə məğlub olması ilə bağlı revanşist şüarlar səsləndirilməyəcək. Müxalifət “erməni məsələsi”ni qaldıracaq və “birinci respublikanın dirçəlişini” elan etmək niyyətindədir. Bu barədə Milli Demokratik Qütbün nümayəndəsi Vahe Qasparyan bildirib.
Və “Sasna Tsrer” erməni ultramillətçi partiyanın liderlərindən biri Varujan Avetisyan etiraz aksiyalarının başlanmasına işarə edərək onları “Rusiya-Türkiyə dalanından” çıxmaq üçün yol adlandırıb. O, həmçinin qeyd edib ki, “ölkənin suveren ərazisi beynəlxalq qanuni aktlarla müəyyən edildiyindən” Ermənistanın indiki sərhədlərindən narazıdır. O, eynən “birinci respublika”nın olduğu dövrü nəzərdə tutur, onda Ermənistanın dənizə çıxış xülyasındaydı və indi də bunu arzulayır.
Sahibkartv.az-ın bugünkü həmsöhbəti gürcü politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Əlaqələrinin İnkişafı Fondunun baş direktoru Simon Kopadzedir.
- Erməni müxalifəti etiraz aksiyalarına başlayır, bu aksiya zamanı nəinki Azərbaycanla müharibədə məğlubiyyət məsələlərini qaldıracaq, həm də “birinci respublikanın dirçəlişini” elan edəcək, hansı ki, Gürcüstan da daxil olmaqla qonşu dövlətlərə qarşı ərazi iddialarının yeni təqdimatı deməkdir.
- Gürcüstanda Ermənistandakı hadisələr yaxından izlənilmir, özlərinin xeyli problemi var. Lakin Ermənistanın yeni ərazi iddiaları tamamilə axmaqlıqdır.
Rusiyanın əlaltısı olan Ermənistan adlı kvazi dövlətə mənfi münasibət bəsləyirəm. Bura sadəcə vassal ərazidir, başqa heç nə.
Bəli, Ermənistanda etiraz aksiyalarına başlayacaqlar və bu, sadəcə çarəsiz bir addımdır. Hamıya qarşı tək mübarizə apardıqlarına əmindirlər. Və eyni zamanda bu, Rusiyaya belə bir müraciətdir. Elə bil ki, Qarabağdan imtina etsək, bunun Gürcüstanın Cavaxetiya ərazisi ilə kompensasiya edin. Və əgər ermənilər Gürcüstanda hər hansı bir hərəkətə başlayarsa, Rusiya buna göz yummalıdır.
Tarixi nöqteyi-nəzərdən danışsaq, Ermənistan Azərbaycan torpaqlarında yaradılıb, elə Azərbaycan vaxtında Ermənistana güzəştə gedib.
Və Ermənistan Respublikası hansı sərhədlərdə elan edildi? Onu kim tanıdı? Millətlər Liqası (1920-1946-cı ildə mövcud olub - red.) Ermənistan Respublikasını heç bir sərhəd daxilində tanımadı. Ermənistan Gürcüstana qarşı müharibəyə başladı, hətta Tbilisini ələ keçirməyə çalışdı, amma uğursuz oldu, ermənilər məğlub oldular.
1918-ci ildə Zaqafqaziya Seyminin fəaliyyətinə xitam verildikdən sonra Gürcüstan və Azərbaycan müstəqilliklərini elan etdilər. Və Ermənistan Rusiyanın Könüllü Ağ Ordusunun komandanı Anton Denikinlə müqavilə imzalamağa razılıq verdi. Erməni qoşunları Denikinin ordusu sayılırdı, Ermənistan Antanta (keçən əsrin əvvəllərində Rusiya, Böyük Britaniya və Fransanın hərbi-siyasi bloku - red.) və “Ağ Hərəkat”ın (Sovet hakimiyyətini devirmək məqsədi ilə Rusiyada 1917-1922-ci illər Vətəndaş müharibəsi əsnasında qurulan hərbi-siyasi hərəkat - red.) tərəfdaşı kimi çıxış edirdi...
Ermənistanda “dünyanın yarısına sahib olan” mifik “böyük Ermənistanın” bərpasını uğurla elan edə bilərlər (gülür - red.).


Tarix: 29-09-2021, 13:30 Oxunub: 111


Bölməyə aid digər xəbərlər