14:20 / 21-11-2024
14:15 / 21-11-2024
13:54 / 21-11-2024
13:49 / 21-11-2024
13:31 / 21-11-2024
13:28 / 21-11-2024
13:25 / 21-11-2024
13:21 / 21-11-2024
11:50 / 21-11-2024
11:46 / 21-11-2024
10:31 / 21-11-2024
10:19 / 21-11-2024
10:00 / 21-11-2024
22:22 / 20-11-2024
21:43 / 20-11-2024
21:19 / 20-11-2024
20:45 / 20-11-2024
19:49 / 20-11-2024
18:41 / 20-11-2024
18:20 / 20-11-2024
17:39 / 20-11-2024
17:00 / 20-11-2024
16:42 / 20-11-2024
16:00 / 20-11-2024
15:30 / 20-11-2024
14:25 / 20-11-2024
14:22 / 20-11-2024
Azərbaycanla Ermənistan arasında müharibə niyə başladı və Bakı prosesdə qətiyyət sərgiləməsəydi regional konfiqurasiyada hökm sürən status-kvo hansı neqativ tendensiyaların inkişafına zəmin yaradardı?
İndi bəzi dairələr Azərbaycana qarşı hədyan dolu açıqlamalarla çıxış etməklə, köhnə, tarixin arxivində ad kimi qalmış inzibati ərazi vahidindəki hansısa etnik statusu (Dağlıq Qarabağ) əsas gətirib bundan Bakıya qarşı təzyiq elementi kimi yararlanmaqdansa, yaxşı olar ki, düzgün nəticə çıxarsınlar.
Ümumiyyətlə sualı belə qoya bilərik: Bu müharibə Azərbaycana və regiona lazım idimi?
Suala cavab verməzdən öncə müharibə şəraitini yetişdirən şərtlərə nəzər yetirmək lazımdır.
Ermənistan 1994-cü ilin may atəşkəsindən sonra da öz ambisiya və xəyal qurduğu hansısa imperiya hədəflərindən əl çəkmədi, əksinə, hər keçən gün özünün aqressiyasını gücləndirdi.
Atəşkəs dövründə Ermənistan cəbhəboyu və dövlət sərhədində təxribatlarına ara vermirdi, beynəlxalq birliyin sözdə Azərbaycanı dəstəkləsə də, arxada İrəvana arxa-dayaq durması isə Bakını təklənmiş duruma salırdı.
Bu period Azərbaycan xarici siyasətindən xüsusi həssaslıq və balanslaşmış strateji baxışın sərgilənməsini tələb edirdi. Bakı belə kövrək bünövrə üzərində elə hərəkət etməli idi ki, dayaqlardan biri də tərpənməsin.
1994-cü ilin atəşkəs sazişinin (tarixə Bişkek protokolu adı ilə düşüb) imzalanandan sonra həmin siyasi xəttin yürüdülməsinə start verildi, o zamankı prezident Heydər Əliyevin diplomatik dühası ilə Azərbaycanın təhlükəsizliyinə beynəxalq qarantiyanın yaranması üçün addımlar atıldı. Qarşıda, elə həmin il “Əsrin müqaviləsi”nin imzalanması dururdu, beynəlxalq enerji və neft şirkətlərinin investisiyası ilə Bakı toparlanmağa başladı.
Proses davamlı gedirdi, lakin paralel olaraq Ermənistan da hərbi dəstək almaqda davam edirdi və beynəlxalq platformada lobbinin həlledici dəstəyi ilə diplomatik cəbhə aça bilmişdi. Danışıqlarda isə Azərbaycana qarşı şərtlərin irəli sürülməsi, məsələnin Azərbaycanın ərazi bütövlüyünə təhdid formasında qoyuluşu hökm sürürdü, Bakı gün keçdikcə danışıqların ədalətli nəticəyə gəlmək yolunda mənasız olduğunu dərk edirdi.
Bəs Azərbaycan nə etdi? Bakı balanslı xarici siyasət yeritməklə qlobal güclərin toqquşan maraqlarında belə tərəfləri bərabərhüquqlu tərəfdaş kimi nəzərdən keçirirdi.
Bu, Bakıya fövqəladə üstünlük qazandırırdı, lakin prosesin dayanıqlılığını təmin etmək üçün əlavə imkanlar işə salınırdı ki, bunun da başında böyük iqtisadi güc toplamaq dayanırdı.
Bəli, bu zaman kəsiyində Azərbaycan beynəlxalq və regional layihələri başlatdı, özünə əlavə dəstək qazandı, paralel olaraq iqtisadi imkanlardan əldə olunan gəlirlərlə ordunun modernləşdirilməsinə diqqət ayırdı.
Azərbaycanda müharibə üçün siyasi iradə mövcud idi, lakin müharibəni güclü müttəfiqsiz təsəvvür etmək olmur, buna görə, Bakı balanslı strateji xətti və layihələrdə təşəbbüskarlığı ön plana çıxarmaqla özünə strateji partnyorlar qazanırdı.
Ermənistanda isə getdikcə iqtisadi böhran dərinləşir və İrəvan regional və beynəlxalq layihələrdən kənarda qalırdı. Onun izolyasiyası məhz Azərbaycanın apardığı siyasət nəticəsində hər keçən gün güclənirdi.
Azərbaycanın hərbi gücü artıq işğalçı inzibati vahiddə dəyişikliyi labüd edirdi, buna görə də, 2016-cı ilin aprel ayının əvvəllərində atəşkəs dövrünün ən irimiqyaslı hərbi toqquşması baş verdi, bu, Ermənistanın təxribatlarına qarşı ilk belə tutarlı və effektiv zərbə idi.
Aprel döyüşlərinin əhəmiyyəti:
1. 2000 hektardan çox ərazi işğaldan təmizləndi,
2. Mövqelər yerdəyişməsi oldu, Azərbaycan ordusu, işğalda olan bir çox əraziyə “giriş açarı”nı təmin edən mühüm strateji yüksəkliklərdə mövqeləndi,
3. Beynəlxalq birliyin Qarabağ münaqişəsinə diqqəti artdı,
4. Aprel döyüşləri Azərbaycan ordusunun arsenalında olan müasir silahların döyüş şəraitində tətbiqi baxımından orduya əlavə təcrübələr qazandırdı.
Bununla belə, Ermənistan yenidən vaxt qazandı, özünü birtəhər toparladı, ardınca isə işğalçı ruhunu bir daha qabarıq biruzə verdi.
Azərbaycan isə hələ də İrəvandan düzgün və konstrutkiv mövqe gözləməkdə davam etdiyi bir zamanda ehtiyatı da əldən vermir və hərbi qüdrətini artırırdı.
Aprel döyüşlərindən iki il sonra, 2018-ci ilin mayında Azərbaycan ordusu Naxçıvanda da hərbi əməliyyat keçirdi və 11 min hektar ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edildi.
Ermənistanda isə həmin zamanlar hakimiyyət davası ilə iqtidara yiyələnən Nikol Paşinyana öz hakimiyyətini möhkəmləndirmək və mövqelərini gücləndirmək üçün vaxt lazım idi.
Axı Ermənistanda aydın dərk edirdilər ki, Azərbaycandan verilən siyasi bəyanatların, Prezident İlham Əliyevin xəbərdarlıqlarının arxasında böyük hərbi qüdrət dayanır.
Paşinyan ənənəvi erməni bicliyini işə salır, 2018-ci ilin sentyabrın 28-də Düşənbədə MDB dövlət başçılarının sammitində İlham Əliyevlə qeyri-formal təmasa keçir və ona minnətçi düşür.
İlham Əliyevə münaqişənin həllinə dair yeni ideyalarının olduğunu, Ermənistanda bəzi dəyişikliklər etmək, parlament seçkilərinə hazırlaşmaq və sair işlər üçün vaxt verməsini xahiş edir.
2018-2019-cu illər təmas xəttində nisbi sakitlik hökm sürür, atəşkəsin pozulması halları azalır, ancaq sən demə Paşinyan daha böyük və təcavüzkar təxribatlara hazırlaşırmış.
İqtidarda yerini bərkidən Paşinyan hakimiyyəti müdafiə naziri David Tonoyan vasitəsilə “yeni ərazilər üçün yeni müharibə” doktrinasını bəyan edir, Paşinyan özü isə 2019-cu ilin avqustunda Xankəndidə “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinə olan bütün ümidləri öldürür və bu zaman Azərbaycan bütün gücü ilə hərəkətə keçib müharibəyə hazırlaşır.
Ermənistanda Azərbaycan ordusunun gücləndiyi və Ermənistanı geridə qoyduğuna dair aydın təsəvvürlər yaranır, buna görə diqqəti Qarabağdan başqa bir səmtə yönəldib təxribata başlayırlar.
Tarix atəşkəs dövrünün ikinci böyük döyüşlərinə şahidlik edir, 2020-ci ilin iyulunda dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi əməliyyatlar başlayır və Ermənistan geri oturdulur.
Tovuz döyüşləri diplomatik və siyasi təmaslarda qırılma nöqtəsi olur, artıq Azərbaycan müharibə üçün qəti qərar verir, hazırlıqlar görülür, cəbhə kəndlərində sığınacaqlar qazılır, hər keçən gün müharibə ruhlu bəyanatlar verilir, ermənilər isə təxribatlarına ara vermədən işğalçılıqları ilə fəxr edərək hiddətləndirici hərəkətlərə imza atırlar.
Cəbhə xəttinə qüvvə cəmləyirlər, avqust ayında Goranboy istiqamətində diversiyaya cəhd edərkən erməni hərbçilər yaxalanır.
Proseslər sentyabrın 27-də Azərbaycanın beynəlxalq hüququn tanıdığı imkanlardan istifadə edərək erməni təxribatlarının qarşısını almaq məqsədilə sürətli əks-hücum əməliyyatlarına start verməsinə gətirib çıxarır, Vətən müharibəsi başlayır, 44 gün ərzində Ermənistan diz çökdürülür.
Müharibə bizə lazım idi, o demək deyil ki, Azərbaycan müharibə tərəfdarıdır, ancaq öz ərazi bütövlüyünün təmini üçün başqa yol da qalmırdı.
Əgər bu müharibə olmasaydı, perspektiv neqativ tendensiyalara dair ssenariləri göz önünə gətirməyin özü belə təhlükəlidir:
1. Müharibə olmasaydı, danışıqlar uzanacaqdı və getdikcə mənasızlıq yükü çoxalacaqdı,
2. Ermənistan vaxt qazanaraq işğalçı ambisiyalarının miqyasını genişlədəcəkdi,
3. Regionda qonşuluq münasibətlərində gərginlik davam edəcəkdi, regional layihələrə təhlükələr davam edəcəkdi (Tovuz müharibəsi bunu göstərdi).
Azərbaycanın müharibədəki qələbəsi isə konfiqurasiyanı dəyişərək yeni reallıqlar yaratdı, bu reallıq əməkdaşlıq, iqtisadi-ticari münasibətlərin inkişafını şərtləndirir.
Müharibəni şərtləndirən digər amil qlobal güclərlə bağlıdır.
1. Rusiya artıq Nikol Paşinyanın ikibaşlı siyasətindən təngə gəlmişdi,
2. Türkiyə regional güc kimi yeni corafiyaya girişi təmin etmək istəyirdi,
3. İsrail və Britaniya Qarabağda layihə həyata keçirə bilmirdi, müharibədəki qələbə isə onlara yeni fürsətlər təqdim etdi.
Vətən müharibəsi Azərbaycan xalqının düşüncələrində və milli heysiyyatında dönüş nöqtəsi yaratdı, pessimizm və nisgil, gələcəyə böyük ümidlərlə əvəzləndi, itirilmiş qürur isə bərpa edildi…
Bölməyə aid digər xəbərlər